Şirkət haqqında

Rayda Travel şirkəti olaraq fəaliyyətə 2010-cu ildə başlamışıq. Əsas məqsədimiz müştərilərimizin tam məmnuniyyətini qarşılamaqdan və yüksək səviyyəli xidmətlər göstərməkdir. Hədəfimiz əməkdaşlarımızın peşəkarlığı, qabaqcıl satış bacarıqları və qüsursuz müştəri xidməti vasitəsilə ən tələbkar müştərilərimizin gözləntilərini aşmaq və onların sadiq səyahət tərəfdaşı olmaqdır. Müştərilərimizin tələblərinin hər bir tərəfinə diqqət yetiririk: təhlükəsizlik, qənaət, səfərdən xoş təəssürat və s. Biz həmçinin sərgilərin, görüşlərin, təqdimatların, simpoziumların, konfransların və digər tədbirlərin təşkilində köməklik göstəririk. Komandamıza bir çox tərəfdaşlar və dünya üzrə bütün turizm sistemləri ilə işləyən peşəkarlar daxildir. IATA tərəfindən sertifikatlaşdırılımış şirkət olaraq müştərilərimizi dünyanın istənilən nöqtəsinə göndərir və onlara yaddaqalan səyahət vəd edirik.