Avstraliya sahillərinə son iki ildə ilk kruiz gəmisi yan alıb


1496      19.04.2022

card image

Pandemiyanın son iki ilində Avstraliya sahillərinə ilk kruiz gəmisi yan alıb.

ABC telekanalı xəbər verir ki, Kipr adasından yola çıxan “Pacific Explorer” səyahət gəmisi Sidney limanında lövbər atıb. Gəminin göyərtəsində yalnız 250 nəfərlik ekipaj üzvü olub. Okean layneri mayın 31-də sərnişin götürərək Avstraliya limanını tərk etməlidir. “Pacific Explorer” 1998 sərnişinə xidmət etmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, 2020-ci ilin martında Sidney limanında dayanan “Ruby Princess” kruiz gəmisinin ölkə ərazisində koronavirusun yayılmasına səbəb olduğu barədə iddialardan sonra xarici ölkə gəmilərinin Avstraliyaya girişi qadağan edilib.

Aprelin 17-də qadağa aradan qaldırıldıqdan sonra kruiz kompaniyaları işi canlandırmaq ümidi ilə işçilərinin sayını artırmağa başlayıb. Yeni qaydalara görə, okean laynerlərinin bütün ekipaj üzvləri və 12 yaşdan yuxarı sərnişinləri koronavirus əleyhinə iki doza peyvənd vurdurduğu barədə sənədlər, həmçinin mənfi test cavabları təqdim etməlidir.

Qeyd edək ki, 9News telekanalının məlumatına görə, pandemiyadan öncəki 2018-ci ildə 1,35 milyon avstraliyalı dəniz səyahətinə yollanmışdı.

Oxşar məlumatlar
card image
“Qatar Airways” bu aylarda Bakı səfərlərinin sayını artıra bilər

13.07.2022

"Hazırda “Qatar Airways” aviaşirkəti Doha-Bakı-Doha isti...

Ətraflı
card image
Azərbaycan turistlər üçün viza prosedurlarını sadələşdirəcək

25.07.2022

Turistlərin səyahət şərtlərini yaxşılaşdırmaq üçün...

Ətraflı
card image
Azərbaycan "Formula 1" üçün viza prosedurlarını sadələşdirdi

12.05.2022

Prezident İlham Əliyev "2022 Formula 1 Azərbaycan Qran Pri yarışın...

Ətraflı