1666 12.05.2022
Rusiyanın "Azimut" aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə uçuşları bərpa edib. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, mayın 30-dək uçuşlar həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
“Çərşənbə və bazar günləri “Azimut” aviaşirkəti bu reysi Mineralnıye Vodıda tranzitlə həyata keçirəcək”, - hava limanından bildirilib.
Qrafikə əsasən, təyyarənin Bakıda eniş vaxtı 03:20 (GMT +4), Soçidə isə uçuş vaxtı 03:50 (GMT +4) təşkil edir. Xatırladaq ki, “Azimut” aviaşirkəti mayın 9-da Soçi-Bakı-Soçi marşrutu üzrə uçuşları bərpa edib.
13.07.2022
İyulun 1-dən Portuqaliyaya daxil olarkən səyahətçilərdən peyvə...
04.10.2022
Antalyada havaların isti keçməsi ilə əlaqədar şəhər sakinləri...
19.05.2022
"Utair" aviaşirkəti Soçi-Qroznı-Bakı reyslərinin i...