"Azimut" iyunda Həştərxandan Bakıya uçuşlara başlayır


1478      12.05.2022

card image

Həştərxanla Bakı arasında birbaşa uçuşlar iyunun 1-dən bərpa olunacaq. Rusiyanın “Azimut” aviaşirkəti bu marşrut üzrə müntəzəm sərnişin hava daşımaları həyata keçirəcək.

TASS xəbər verir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin çərşənbə axşamı Həştərxanda Azərbaycan nümayəndə heyəti ilə görüşdə bildirib.

2022-ci il martın 6-dan Bakı ilə Həştərxan arasında hava hərəkəti müvəqqəti olaraq dayandırılıb. Əvvəllər bildirilmişdi ki, Babuşkin apreldə Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı böyük tələbat olduğu üçün həftədə dörd dəfəyə qədər həyata keçirilə bilən bu birbaşa reysin bərpasına dəstək istəyib.

"Prezidentinizin Bakı ilə Həştərxan arasında uçuşların bərpasına verdiyi dəstəyə görə çox minnətdaram. Uçuşlara tələbat var, onların işlədiyi dövrdə hər reysdə yük 90%-dən çox olub - yaxşı göstəricidir. İyunun 1-dən belə reyslər bərpa olunacaq və əminəm ki, bu, çox populyar olacaq”.

O əlavə edib ki, Azərbaycan Respublikası Xəzər dənizində regionun əsas tərəfdaşlarından biri və ən yaxın qonşusudur.

Oxşar məlumatlar
card image
Dünyanın məşhur otel qrupu Bakıda yeni otel açır

14.11.2022

2023-cü ildə Bakıda “Mercure” brendi ilə ilk otelin a&cce...

Ətraflı
card image
Bakı Turizm Peşə Məktəbinə qəbul üçün sənədlərin siyahısı, ixtisaslar, ödəniş… — MƏLUMAT

19.07.2023

Bakı Turizm Peşə Məktəbi 2023-2024-cü tədris ili ü&ccedi...

Ətraflı
card image
“Belavia”nın Azərbaycana reysləri gündəlik olacaq

19.04.2022

“Belavia” Azərbaycana uçuşların tezliyini artırıb. Mi...

Ətraflı