Azərbaycan 14 ölkənin vətəndaşları üçün hava sərhədlərini açır


1234      22.05.2022

card image

Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək.

Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, mayın 20-dən hava nəqliyyatı vasitəsilə aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:

Bolqarıstan Respublikası;

Butan Krallığı;

Cənubi Afrika Respublikası;

Qvatemala Respublikası;

Laos Xalq Demokratik Respublikası;

Livan Respublikası;

Mavriki Respublikası;

Misir Ərəb Respublikası;

Myanma İttifaqı Respublikası;

Nepal Federativ Demokratik Respublikası;

Paraqvay Respublikası;

Şimali Makedoniya Respublikası;

Şri-Lanka Demokratik Sosialist Respublikası;

Vyetnam Sosialist Respublikası.

Oxşar məlumatlar
card image
Bakıdan İstanbul və Ankaraya olan reyslər ləğv edildi

20.09.2022

Türk Hava Yollarının Bakı-İstanbul, AnadoluJet aviaşirkətinin S.G&...

Ətraflı
card image
Selfi həvəskarları üçün: Museum of Selfies İstanbul açıldı

18.07.2022

Getdiyim yerdə çoxlu əyləncəli vaxtlar keçirmək istəyirsi...

Ətraflı
card image
Azərbaycan pasaportu ilə rahat gedilə biləcək ölkələr : SİYAHI

21.07.2022

1. Belarus – vizadan azaddır/ 90 gün
2. Gürcüsta...

Ətraflı