AZAL və Buta Airways 15 iyundan etibarən Rusiyanın şəhərləri ilə hava əlaqəsini bərpa edir.


1273      10.06.2022

card image

Qeyd edilən tarixdən etibarən “AZAL” və “Buta Airways” aviaşirkətləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskva, Sankt-Peterburq, Həştərxan, Mineralnıye Vodı və Kazan şəhərlərinə uçuş proqramını mərhələli şəkildə bərpa edir.

“Azərbaycan Hava Yolları” aviaşirkəti 15 iyundan etibarən Moskva şəhərinin Domodedovo və Vnukovo hava limanlarına gündəlik uçuşlar yerinə yetirməyə başlayacaq. Bakıdan Sankt-Peterburq şəhərinə aviadaşıyıcının uçuşları həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

“Buta Airways” aşağıbüdcəli aviaşirkət həmin tarixdən həftədə iki dəfə olmaqla Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri) və Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

 

Oxşar məlumatlar
card image
"Buta"nın uçduğu Sabiha Gökçən hava limanından İstanbula metro xətti açıldı

04.10.2022

İstanbulda yeni metro xətti istifadəyə verilib. Uzun zamandan bəri a&cce...

Ətraflı
card image
Azərbaycan Hava Yolları Almatı şəhərinə birbaşa uçuşları həyata keçirəcək

11.01.2023

Uçuş proqramının inkişafı çərçivəsində 2023-c&uu...

Ətraflı
card image
Dünya əhalisinin 80%-inin 8 saatdan tez çatdığı hava limanı

30.11.2022

2023-cü ilin sonuna qədər Səudiyyə Ərəbistanı Qırmızı dəniz b...

Ətraflı