Skytrax beşinci dəfə bizim aeroportu


1313      20.06.2022

card image

2022-ci il üçün Skytrax mükafatları dünyanın 100-dən çox ölkəsində 2021-ci ildən 2022-ci ilədək 8 ay ərzində keçirilən World Airport Survey sorğusuna əsaslanır.

Heydər Əliyev Beynəlxalq Aeroportu  Mərkəzi Asiya və MDB üzrə ardıcıl olaraq beşinci dəfədir ki, ən yaxşı hava limanları reytinqinə başçılıq edir. 

Azərbaycanın əsas hava limanı növbəti dəfə nüfuzlu “Skytrax” beynəlxalq agentliyinin qiymərləndirməsinə görə World Airport Awards 2022 “Mərkəzi Asiya  və MDB üzrə ən yaxşı hava limanı” mükafatına layiq görülmüşdür. Hava limanları üçün bu mükafat sənayenin keyfiyyət etalonudur.

Həmçinin bu il ilk dəfə olaraq Bakı hava limanı daha bir mühüm nominasiyada – “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” nominasiyasında qalib olmuşdur.

“Biz şadıq ki,  Heydər Əliyev Beynəlxalq Aeroportunda sərşinlərə göstərilən yüksək səviyyəli xidmət növbəti dəfə ən yüksək qiymətə layiq görülüb. Təqdim edilən mükafatlar bir daha Azərbaycanın aviasiya sənayesinin inkişafına göstərdiyimiz xidmət və töhfələrimizin xarici həmkarlarımız tərəfindən təsdiq olunduğunu sübut edir”, - deyə AZAL prezidenti  Cahangir Əsgərov bildirdi.

2022-ci il üçün Skytrax mükafatları dünyanın 100-dən çox ölkəsində 2021-ci ildən 2022-ci ilədək 8 ay ərzində keçirilən World Airport Survey sorğusuna əsaslanır. Sorğu zamanı hava limanlarında sərnişinlərə göstərilən xidmətin və hava limanı xidmətlərinin keyfiyyəti qiymətləndirilib. 

Bu xidmətlər sırasında əsas səmərəlilik göstəriciləri üzrə sərnişinlərin qeydiyyatı, gəlmə və transfer zonaları, təhlükəsizliyə nəzarət, alış-veriş, pasport nəzarəti və uçuş prosedurları əsas meyar kimi seçilir.

“Skytrax”ın World Airport Awards mükafatı beynəlxalq mülki aviasiyada ən nüfuzlu mükafatlardan biridir.

Hava limanlarının reytinqi xidmət keyfiyyətinin qiymətləndirilməsinin tədqiqi vasitəsilə formalaşır, hava limanları çoxsaylı meyarlar əsasında qiymətləndirilir.

Yoxlama və təqdim olunan mükafat hava limanının nəzarətindən və ya müdaxiləsindən asılı deyil və, nəticə etibarilə, hava limanının üstünlüyünün və keyfiyyətinin obyektiv qiymətləndirilməsini təmin edir.

Skytrax  beşinci dəfə bizim aeroportu "Ən yaxşısı" seçdi - FOTO

Oxşar məlumatlar
card image
Azərbaycan İtaliyada keçiriləcək turizm sammitinə qatılacaq

15.04.2022

Azərbaycan iyunun 27-dən iyulun 3-nə qədər İtaliyanın Milan şəhərin...

Ətraflı
card image
Tailand xarici turistlərə ölkədə qalma müddətini uzatmağa icazə verdi

22.08.2022

Tailandın hakimiyyət orqanları turizmdən gəlirləri artırmaq ü&cce...

Ətraflı
card image
Azərbaycan dünya pasport reytinqində 75-ci yeri tutub

06.04.2022

Azərbaycan “Henley & Partners Visa Restrictions Index”d...

Ətraflı