Rusiyanın iki aviaşirkəti Azərbaycanın şəhərlərinə uçuşlar planlaşdırır

Rusiyanın iki aviaşirkəti Azərbaycanın şəhərlərinə uçuşlar planlaşdırır


29      20.06.2022

card image

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi bu ölkənin iki aviaşirkətinə Azərbaycanın şəhərlərinə uçuşlar həyata keçirməyə icazələr verib.

Rusiya mətbuatı yazır ki, Rusiyanın “Azimut” şirkəti Moskvadan Lənkəran və Qəbələyə uçuşlar həyata keçirməyə planlaşdırır.

Bundan başqa, bu aviaşirkət Mineralnıye Vodı şəhərindən Gəncəyə uçuşlar həyata keçirə bilər.

Məlumatda deyilir ki, həmçinin, Rusiyanın “İrAero” aviaşirkəti Novosibirskdən, Yekaterinburqdan və Kazandan Bakıya müntəzəm avireyslər həyata keçirəcək.

Aviareyslərin nə zamandan və həftədə neçə dəfə ediləcəyi barədə hələlik heç bir məlumat verilməyib.

Xatırladaq ki, “Azimut” hazırda Rusiyanın Mineralnıye Vodı, Həştərxan və Soçi şəhərlərindən Bakıya uçuşlar həyata keçirir.

“İrAero” şirkəti isə həftədə iki dəfə Moskva şəhərindən Füzuli Beynəlxalq Hava Limanına və Zaqatalaya uçuşlar həyata keçirir. Həmçinin, “IrAero” aviaşirkəti mayın 20-dən Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar yerinə yetirməyə başlayıb.

Oxşar məlumatlar
card image
Avropada səyahətə icazə verilən ölkələrin siyahısı yeniləndi

05.05.2022

Avropada səyahətə icazə verilən ölkələrin siyahısı yeniləndi

Ətraflı
card image
Rusiyanın iki aviaşirkəti Azərbaycanın şəhərlərinə uçuşlar planlaşdırır

20.06.2022

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi bu ölkənin iki aviaşirk...

Ətraflı
card image
Hindistan ölkəyə daxil olarkən məcburi karantin tətbiq edib

10.05.2022

Yanvarın 11-dən etibarən Hindistana gələnlərin hamısı peyvənd status...

Ətraflı