AZAL iyul ayında Bakıdan Tbilisiyə uçuşlara başlayacaq

AZAL iyul ayında Bakıdan Tbilisiyə uçuşlara başlayacaq


13      22.06.2022

card image

"Azərbaycan Hava Yolları" aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq. 

Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul tarixində baş tutacaq.

AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi  www.azal.az saytında və aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür. 

Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Bakı istiqamətində eyni zamanda "Buta Airways" aşağıbüdcəli aviaşirkəti hər gün  iki dəfə uçuşlar həyata keçirir.

Qeyd olunan reyslərə müəyyən  edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək. 

Gürcüstana səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl ölkəyə daxil olma qaydaları ilə tanış olmaq tövsiyə olunur: https://www.azal.az/ru/information/covid-georgia.

Azərbaycana giriş qaydaları haqqında məlumatla buradan tanış olmaq mümkündür: https://www.azal.az/ru/information/covid-azerbaijan.

Oxşar məlumatlar
card image
Misir küçə gəzintilərindən qurtulmaq niyyətindədir

25.09.2021

Misirin Turizm naziri Xalid əl-Anani, ölkəyə həm turoperatorlar, hə...

Ətraflı
card image
Azərbaycan "Formula 1" üçün viza prosedurlarını sadələşdirdi

12.05.2022

Prezident İlham Əliyev "2022 Formula 1 Azərbaycan Qran Pri yarışın...

Ətraflı
card image
Qazaxstan Azərbaycana uçuşlara icazə verdi.

01.05.2022

Qazaxıstan 27 sentyabrdan etibarən Azərbayacanla bərabər 16 ölkə i...

Ətraflı