Xorvatiya 2022-ci ilin sonuna kimi Şengen zonasına qoşulacaq


1167      30.06.2022

card image

Bloomberg-in məlumatına görə, Xorvatiya bu ilin sonuna qədər Şengen zonasına qoşulmaq üçün Avropa Komissiyasının təsdiqini gözləyir. Bunu baş nazir Andrey Plenkoviç deyib.

Onun fikrincə, Xorvatiyanın Şengenə qoşulması təkcə Avropadan deyil, həm də üçüncü ölkələrdən gələn milyonlarla turistin Xorvatiya kurortlarına səfərini asanlaşdıracaq. Xorvatiya hakimiyyəti hesab edir ki, Xorvatiyanın 27-ci Şengen üzvü olması ilə bağlı qərar bu ilin payızında, ən çoxu ilin sonuna qədər veriləcək.

Bundan əvvəl bu ölkə 2023-cü il yanvarın 1-dən avroya tamamilə keçməyə hazır olduğunu təsdiqləyib. Beləliklə, avrozonaya üzv ölkələrin sayı 20-yə yüksələcək. Bu məsələ ilə bağlı Aİ-nin qərarı iyulda gözlənilir. Xatırladaq ki, Xorvatiya 2013-cü ildən Avropa İttifaqındadır, lakin yalnız indi Şengen zonasına daxil olmaq imkanı əldə edib. Bunun ölkəyə investorları cəlb edəcəyi, turizm sənayesinin inkişafı isə yerli iqtisadiyyatı gücləndirəcəyi gözlənilir.

Oxşar məlumatlar
card image
Portuqaliya bütün COVID-19 məhdudiyyətlərini ləğv edir

13.07.2022

İyulun 1-dən Portuqaliyaya daxil olarkən səyahətçilərdən peyvə...

Ətraflı
card image
Hindistan iki ildən sonra müntəzəm beynəlxalq uçuşları bərpa edir.

11.05.2022

Hindistan təxminən iki ildən sonra beynəlxalq uçuş əməliyyatlar...

Ətraflı
card image
AZAL-ın uzaqməsafəli təyyarələr almasının səbəbi... - EKSPERT ŞƏRHİ

25.07.2022

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” (AZAL) ...

Ətraflı