1287 13.07.2022
Lufthansa", "EasyJet" və "British Airways" kimi yüksək sayda uçuş ləğvi olan hava yolları şirkətlərinə aparıcı büdcəli hava yollarından biri olan "Wizz Air" də qoşulur.
Turizmplus.az xəbər verir ki, şirkətdən verilən açıqlamada Avropa hava limanlarında işçi qüvvəsinin olmaması və tətillər səbəbindən yay mövsümündə uçuşların dayandırılacağı bildirilib. Açıqlamadan sonra "Wizz Air"in səhmlərinin 5 faiz ucuzlaşdığı qeyd edilib.
İyun ayında açıqlama verən "Wizz Air"in baş direktoru József Váradi şirkətin bu il tam gücü ilə işə başlayacağını bildirib. Bununla belə, Wizz Air tərəfindən edilən yeni açıqlamada, davam edən xarici faktorlar səbəbiylə yay mövsümü uçuşlarında 5 faiz azalma olacağı bildirilib.
Qeyd edək ki, aviaşirkətlər artan yanacaq xərcləri və artan inflyasiya səbəbindən pilotların və kabin heyətinin maaşını kompensasiya etmək üçün biletlərin qiymətlərini artırmağa davam edir.
25.07.2022
Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” (AZAL) ...
22.05.2022
Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə ver...
20.04.2022
Oneworld aviasiya alyansı Rusiyanın S7 Airlines aviaşirkətinin üzvl&...