1246 13.07.2022
"Hazırda “Qatar Airways” aviaşirkəti Doha-Bakı-Doha istiqamətində həftədə yeddi reys həyata keçirir. Həmçinin cari ilin noyabr-dekabr aylarında Qətərdə futbol üzrə Dünya Çempionatının keçiriləcəyi dövrdə aviadaşıyıcının bu marşrut üzrə həftəlik reyslərinin sayının artırılacağı gözlənilir".
Turizmplus.az xəbər verir ki, bu sözləri AZAL prezidenti Cahangir Əsgərov Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşü zamanı qeyd edib. Görüşdə iki ölkə arasında mülki aviasiya sahəsində uğurlu tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfirlə görüşdə Cahangir Əsgərov ölkələrimiz arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib.
Onun sözlərinə görə, Azərbaycanla Qətər arasında hava əlaqəsi iki ölkənin turizm potensialının genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı çərçivəsində mühüm rol oynayır.
Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə və ölkələr arasında işgüzar və turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
19.07.2023
Misal üçün Tailandda kralın portretlərinə əl vurmaq və ...
21.07.2022
Bəzi Avropa ölkələrində tüğyan edən istilər və böy&uum...
22.08.2022
Son həftələrdə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında u...