Qapalı məkanlarda tibbi maskaların taxılmasını təkidlə tövsiyə edirik - BİRGƏ MƏLUMAT


1245      18.07.2022

card image

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumat yayıb.

Turizmplus.az xəbər verir ki, yayımlanan məlumatda ölkə vətəndaşlarına qapalı məkanlarda tibbi maskaların taxılması təkidlə tövsiyə olunub. Birgə məlumatın mətnini oxucularımıza çatdırırıq:

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artmaqdadır.

ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir.

Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur.

Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir.

Qeyd edək ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər.

Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik".

Oxşar məlumatlar
card image
Yay bitir, biletlər ucuzlaşacaqmı?

25.08.2022

Turist sayında ciddi artım  müşahidə olunan yay mövsü...

Ətraflı
card image
AZAL iyul ayında Bakıdan Tbilisiyə uçuşlara başlayacaq

22.06.2022

"Azərbaycan Hava Yolları" aviaşirkəti marşrut şəbəkəsini i...

Ətraflı
card image
İspaniya üçüncü ölkə səyahətçiləri üçün COVID giriş məhdudiyyətlərini noyabrın 15-dək uzadıb

21.09.2022

İspaniya səlahiyyətliləri ölkənin Avropa İttifaqına daxil olmayan...

Ətraflı