Turistlərə Avropadakı anomal istilərlə bağlı xəbərdarlıq edilib


1086      21.07.2022

card image

Bəzi Avropa ölkələrində tüğyan edən istilər və böyük meşə yanğınları səbəbindən Avropaya səyahət etməyi planlaşdıran turistlərə diqqətli olmaları barədə çağırış edilib.

Ekspertlərin fikrincə, son iki həftə ərzində həddindən artıq istilər Portuqaliya, İtaliya, Fransa, Yunanıstan və İspaniyada yüzlərlə insanın ölümünə və yanğınlara səbəb olub.

Belə ki, Fransanın 15 departamentində hava təhlükəsinin “qırmızı” səviyyəsi elan edilib. İtaliyada cari həftə yayın əvvəlindən bəri ən isti olacaq, termometrlər +42°C-ə çatacaq. Almaniyada havanın temperaturu 2019-cu ildə qeydə alınan tarixi maksimum +40,3°C-i keçə bilər.

Bundan əlavə, Aİ-nin demək olar ki, yarısı quraqlıqla üzləşib. Avropalı sinoptiklərin proqnozlarına görə, bu həftənin sonuna qədər istilər bir qədər aşağı düşəcək, lakin hələ də +30°C-dən aşağı enməyəcək.

Oxşar məlumatlar
card image
Səudiyyə Ərəbistanı vizası olanlar ümrə ziyarəti edə biləcək - YENİ QƏRAR

17.08.2022

Səudiyyə Ərəbistanı turizm və ziyarət məqsədi ilə gələnlərin &ou...

Ətraflı
card image
Antalyanın bu hotelləri bir və daha artıq oğlan qəbul edir - SİYAHI

13.04.2022

Yay mövsümü yaxınlaşdıqca Antalyanın bir və daha art...

Ətraflı
card image
Türkiyə Rusiyaya uçuşlar üçün ikinci aviaşirkət yaratdı

22.04.2022

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri Aralıq dənizi ...

Ətraflı