AZAL-ın uzaqməsafəli təyyarələr almasının səbəbi... - EKSPERT ŞƏRHİ


1317      25.07.2022

card image

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti öz hava gəmiləri parkını dörd yeni müasir "Boeing 787-8 Dreamliner" avialayneri ilə genişləndirəcək.

Bu barədə memorandumun imzalanması zamanı AZAL prezidenti Cahangir Əsgərov aviaşirkətin hava gəmiləri parkına uzaqməsafəli yeni təyyarələrin daxil edilməsinin “Azərbaycan Hava Yolları”nın dünyada iştirak coğrafiyasını daha da genişləndirəcəyinə dair fikirlər ifadə edib.

"Rayda Travel" şirkətinin təsisçisi Adil Əliyev Turizmplus.az saytına açıqlamasında hazırda Amerika, Çin, Kanada və Böyük Britaniya istiqamətlərinə Azərbaycandan böyük tələb olduğunu qeyd edib.

"Əlbəttə bu istiqamətlərə böyük tələbi nəzərə alanda uçuşlarda "Dreamliner"lərin istifadəsi daha məqbul görünür. Hazırda bir neçə aviaşirkət bu istiqamətlərə uçuşlar həyata keçirsə də tələb çox olduğundan qiymətlər də bahadır. Fikrimcə, yeni uzaqməsafəli təyyarələrin alınması da bu səbəblə bağlıdır. Yaxın gələcəkdə yeni təyyarələrlə uçuşlar başlayarsa sərnişindaşımada rəqabətə davamlı qiymətlər olacaq həm də Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunacaq", deyə - Adil Əliyev bildirib.

Oxşar məlumatlar
card image
Dubay vizasına müraciət qaydalarında dəyişiklik

01.04.2022

Bugündən etibarən Dubay vizasına müraciət edərkən otel bronu ...

Ətraflı
card image
Xorvatiya 2022-ci ilin sonuna kimi Şengen zonasına qoşulacaq

30.06.2022

Bloomberg-in məlumatına görə, Xorvatiya bu ilin sonuna qədər Şenge...

Ətraflı
card image
Şuşada yeni otel tikiləcək

29.08.2022

Daşaltı kəndinin böyük turizm potensialı var. Kəndin Baş plan...

Ətraflı