1148 25.07.2022
"Boeing" şirkəti 2041-ci ilə qədər 41.000-dən çox yeni təyyarəyə tələbatın olacağını proqnozlaşdırır. Bu rəqəmlər Farnboro Beynəlxalq Aviasiya Sərgisi ərəfəsində hazırlanan kommersiya bazarının illik icmalında dərc olunub.
Turizmplus.az xəbər verir ki, proqnozlara görə, 2041-ci ilə qədər dünya bazarına çıxarılan yeni təyyarələrin bazar dəyəri rekord həddə - 7,2 trilyon dollar təşkil edəcək. Eyni zamanda, hava gəmilərinin parkı pandemiyadan əvvəl, yəni 2019-cu ildə mövcud olan səviyyə ilə müqayisədə 80 faiz artacaq.
Lakin hazırda mövcud "Boeing" və "Airbus"ların yarısı sıradan çıxacaq. Beləliklə, ekspertlər belə qənaətə gəlirlər ki, dünya mülki aviasiyasının yanacaq səmərəliliyi və ekoloji təmizliyi avtomatik olaraq artacaq.
17.08.2022
“Ağdam City Hotel” tikilir. Dizayn Bürosu tərəfindən haz...
29.08.2022
Birmingem universitetinin apardığı sorğunun nəticələrinə görə, ...
01.04.2022
Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarını...