ÜST meymunçiçəyi ilə bağlı "qlobal fövqəladə vəziyyət" elan etdi


1198      25.07.2022

card image

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi epidemiyası ilə əlaqədar "qlobal fövqəladə vəziyyət" elan etdi. Ümumdünya Səhiyyə Təşkilatı qonşularımız Türkiyə, Gürcüstan da daxil olmaqla onlarla ölkədə aşkar edilən meymu çiçəyi virusuna görə "qlobal fövqəladə vəziyyət" elan edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada, xüsusilə Avropada yayılmaqda davam edən meymunçiçəyi virusunun risk vəziyyətini qiymətləndirib. ÜST-nin baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus, ötən gün etdiyi yığıncaqdan sonra bildirib ki, indiyə qədər dünyanın 71 ölkəsində 14 mindən çox meymun çiçəyi xəstəliyinə rast gəlinib.

O, "virusun aşkar olunduğu ölkələrin sayının artması və halların artması məni narahat edir", - deyib. Ümumdünya Səhiyyə Təşkilatı epidemiya ilə əlaqədar "qlobal fövqəladə vəziyyət" elan edib. Ötən həftələrdə açıqlama verən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Dr. Hans Kluge, Avropa bölgəsində meymun çiçəyi hadisələrinin son 3 həftədə 3 dəfə artdığı söyləyib.

“Hökumətlərə və vətəndaş cəmiyyətinə çağırışımı bir daha bildirirəm ki, meymunçiçəyi xəstəliyinin böyük bir coğrafi ərazidə yayılmasının qarşısını almaq üçün gələcək həftələr və aylar ərzində işlərini gücləndirsinlər. Bu xəstəliyin tədricən yayılmasının qarşısını almaq üçün dərhal və əlaqələndirilmiş fəaliyyət vacibdir", - deyib.

Məlum olduğu kimi, bu xəstəlik tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasla keçir. Ümumdünya Səhiyyə Təşkilatının iyulun 20-də verdiyi son açıqlamaya görə, indiyədək virusa görə 5 ölüm faktı qeydə alınıb. Ölənlərin hamısı Afrikadadır.

Qeyd edək ki, rəsmilər Azərbaycanda meymunçiçəyi virusunun aşkar edilmədiyini bildirirlər. 

Oxşar məlumatlar
card image
Soçi Rusiyanın yeni hava "hab"lna çevrilir

19.04.2022

Rusiya aviaşirkətləri Soçi ilə əlaqəli 246 yeni istiqamətə u&c...

Ətraflı
card image
Azərbaycan Henley&Partners Pasport İndeksində mövqelərini bir qədər pisləşdirib - LİDERLƏRİN SİYAHISI

21.07.2022

19 iyul 2022-ci ildə Henley & Partners şirkəti Beynəlxalq Hava Nəqli...

Ətraflı
card image
Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3 dəfəyə yaxın artıb

18.01.2023

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidm�...

Ətraflı