1220 17.08.2022
Avqustun 16-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini, Turizm Departamentinin direktoru Şatmanov Samat Bekturoviç arasında işgüzar görüş keçirilib.
Qırğızıstan Respublikasının yüksək vəzifəli şəxslərinin Azərbaycana səfəri çərçivəsində baş tutan görüşdə qurumlar arasında ikitərəfli turizm əlaqələrinin inkişafı və qarşılıqlı turist səfərlərinin sayının artırılması məsələləri müzakirə olunub.
Eyni zamanda B2B (biznesdən-biznesə) formatlı görüşlərin keçirilməsi, infoturların təşkili, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ATAA ilə Qırğızıstanın Turizm Departamenti arasında gələcəkdə də turizm əlaqələrinin genişləndirilməsi və inkişafı üçün birgə səylərin davam etdirilməsi qərara alınıb.
19.07.2023
Əvvəllər azərbaycanlıların ən sevdiyi şəhərlər sırasında Riqa il...
29.04.2022
UNWTO-ya üzv olan 160 ölkənin üçdə ikisindən ç...
11.05.2022
Hindistan təxminən iki ildən sonra beynəlxalq uçuş əməliyyatlar...