Türk Hava Yolları Azərbaycan nümayəndəliyinin MÜRACİƏTİ


1256      22.08.2022

card image

Son həftələrdə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında uçuşların və sərnişinlərin çoxalması və buna bağlı olaraq iş yükünün artması ilə əlaqədər olaraq təyyarəyə minik və digər texniki işlərdə gecikmələr yaşanır.

Turizmplus.az xəbər verir ki, bununla əlaqədar Türk Hava Yolları Azərbaycan nümayəndəliyi sərnişinlərə müraciət ünvanlayıb:

"Gecikmələri nəzərə alaraq, uçuşlarımızı vaxtında yerinə yetirə bilmək və bu gecikmələrdən sığortalanmaq üçün qeydiyyat masaları (check-in) uçuşdan 3 saat öncə açılmaqdadır. Qaydalara uyğun olaraq uçuş saatından tam 1 saat öncə  isə bağlanmaqdadır.

Onu da nəzərinizə çatdıraq ki, təyyarəyə minik (boarding) isə uçuşa 20 dəqiqə qalmış tamamlanmaqdadır.

Qeydiyyat masaları;

Açılır:       Uçuşdan 3 saat öncə

Bağlanır:  Uçuşa  1 saat qalmış

Təyyarəyə minik (Sərhəd xidməti - pasport yoxlamasından sonra);

Bağlanır:   Uçuşa  20 dəqiqə qalmış

Bu səbəbdən sərnişinlərimizdən uçuşa ən gec 1 saat qalmış qeydiyyat masasına bütün lazimi sənədləri ilə birlikdə müraciət etmələrini xahiş edirik. Gec müraciət edən sərnişinlərin uçuşa qəbul ediləməyəcəyini nəzərinizə çatdırmaq istəyirik. Uçuşa 1 saat qalmış bütün qeydiyyat masaları bağlanacaqdır. 

Qeydiyyatını tamamlayıb pasport yoxlamasından keçən sərnişinlərin isə ən gec uçuşa 20 dəqiqə qalmış minik üçün göstərilən qapıda hazır olmaqları lazımdır".

Oxşar məlumatlar
card image
AZAL və Buta Airways 15 iyundan etibarən Rusiyanın şəhərləri ilə hava əlaqəsini bərpa edir.

10.06.2022

Qeyd edilən tarixdən etibarən “AZAL” və “Buta Airways&r...

Ətraflı
card image
“Azərbaycana gələn turistlərin 55%-i islam ölkələrinin payına düşür”

30.06.2022

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva...

Ətraflı
card image
"Vietnam Airlines" Bakı aeroportuna təcili eniş edib

07.10.2022

"Vietnam Airlines" aviaşirkətinin Frankfurt-Vietnam reysini həya...

Ətraflı