Şopinq üçün ən münasib yerlərin TOP-5-də Macarıstan var


1072      29.08.2022

card image

Birmingem universitetinin apardığı sorğunun nəticələrinə görə, Macarıstan paytaxtı mağaza, autlet və əşya bazarlarının populyarlığına görə Avropa İttifaqında 4-cü yeri tutub.

Kopenhagen, Roma və Varşava bu göstərici üzrə Budapeşti qabaqlayır. Sorğu iştirakçılarının çoxu Budapeştə ona görə səs verib ki, bu şəhərdəki mağazalar bəzən səxavətli güzəştlərlə alıcıları şirnikləşdirir. Burada bahalı malları nisbətən ucuz qiymətə almaq mümkün olması sayəsində Budapeşt ən populyar şəhərlər sırasına düşüb.

Ekspertlər Avropanın 51 şəhərində bazarların, antik mallar və firma mağazalarının həcmini və keyfiyyətini qiymətləndirən indekslər sistemi yaradıblar. “Sərfəli sövdələşmə həvəskarları” indeksində Budapeşt 10 mümkün haldan 7,4 bal toplayıb. Macarıstan paytaxtındakı antikvar mağazaların keyfiyyət (4,4/5) tədqiq edilmiş şəhərlər arasında ən yaxşılarından biri olub. Macarıstan paytaxtındakı ticarət nöqtələrinin keyfiyyəti də yüksək qiymətə layiq görülüb (4,11/5). Bu, Almaniyanın paytaxtı Berlinlə (3,27/5) müqayisədə 20 faiz yüksəkdir.

Tədqiqatın nəticələrinə görə, “Sərfəli sövdələşmə həvəskarları” üçün ən yaxşı şəhər Kopenhagendir. Burada əlverişli alış-veriş indeksi 8,43/10 olub.

Kopenhagendəki bazarların sayına gəldikdə, bu indeks hər 100 min nəfərə 0,40 təşkil edir. Bu, Varşava ilə (hər 100 min nəfərə 0,23) müqayisədə 82 faiz çoxdur.

Oxşar məlumatlar
card image
Azərbaycan dünya pasport reytinqində 75-ci yeri tutub

06.04.2022

Azərbaycan “Henley & Partners Visa Restrictions Index”d...

Ətraflı
card image
Tailand xarici turistlərə ölkədə qalma müddətini uzatmağa icazə verdi

22.08.2022

Tailandın hakimiyyət orqanları turizmdən gəlirləri artırmaq ü&cce...

Ətraflı
card image
ÜST meymunçiçəyi ilə bağlı "qlobal fövqəladə vəziyyət" elan etdi

25.07.2022

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi epidem...

Ətraflı