"Buta"nın uçduğu Sabiha Gökçən hava limanından İstanbula metro xətti açıldı


1045      04.10.2022

card image

İstanbulda yeni metro xətti istifadəyə verilib. Uzun zamandan bəri açılması gözlənilən bu xətt Sabiha Gökçən hava limanı ilə İstanbulun Asiya qitəsinin Pendik bölgəsi arasında fəaliyyət göstərəcək. Bununla da sərnişindaşıma ilə Sabiha Gökçən aeroportundan Pendikə 10, şəhərin Kadıköy bölgəsinə isə 50 dəqiqəyə çatmaq mümkün olacaq.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Çıxışında İstanbuldakı dəmiryolu xətlərinin yarısının ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən inşa edildiyini xatırladan Türkiyə Prezidenti vaxtilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra etdiyi dövrdən indiyədək yalnız xalqa xidmət göstərdiklərini vurğulayıb.

İstanbulda yağış, qar kimi fərqli təbiət hadisələrinin yaratdığı fəsadlara toxunan ölkə başçısı hazırkı bələdiyyə sədrinin işindəki nöqsanlara toxunub.

Oxşar məlumatlar
card image
Təyyarədə birinci sırada oturacaq seçmə - 5 SƏBƏB

19.07.2023

Tez-tez uçan hər kəsin, təbii ki, təyyarədə sevimli oturacağı ...

Ətraflı
card image
Toy turizmi - TOP 10 ən yaxşı istiqamət

19.07.2023

money.co.uk ekspertlərinin Google axtarış məlumatlarına əsaslanaraq apa...

Ətraflı
card image
Xorvatiya 2022-ci ilin sonuna kimi Şengen zonasına qoşulacaq

30.06.2022

Bloomberg-in məlumatına görə, Xorvatiya bu ilin sonuna qədər Şenge...

Ətraflı