Oktyabrda Bakıya 27 xarici aviaşirkət reys təşkil edib


781      30.11.2022

card image

2022-ci ilin oktyabr ayında Azərbaycanın beynəlxalq hava limanları 507 min sərnişinə xidmət göstərib.  Ümumilikdə, cari ilin 10 ayı ərzində bu göstərici 4,4 milyon nəfəri ötüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun payına 429 min sərnişin düşür ki, bunun da 370 min nəfərini beynəlxalq reyslərin sərnişinləri təşkil edir.

AZAL və “Buta Airways” aviaşirkətləri oktyabr ayı ərzində 105 min sərnişinə və beynəlxalq reyslər üzrə 58 min sərnişinə xidmət göstərmişdilər. Bu, beynəlxalq daşımaların ümumi sayının 38% təşkil edir.

2022-ci ilin oktyabr ayında 27 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm reyslər yerinə yetirmişdir. AZAL və “Buta Airways” aviaşirkətlərini nəzərə almadan, ən çox sərnişin “Aeroflot”, “Turkish Airlines”, “Utair”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb.

Oktyabr ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Ankara, Daşkənd, Ciddə, Təl-Əviv və Şarja şəhərləri daxil olmuşdur. Ümumilikdə bu istiqamətlər üzrə 252 min sərnişinə xidmət göstərilmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.

Cari ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards” Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.

Bundan əlavə "Skytrax" tərəfindən Bakı hava limanını ən yüksək "5 ulduz" reytinqinə, həmçinin COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görülüb.

Oxşar məlumatlar
card image
Dubay vizasına müraciət qaydalarında dəyişiklik

01.04.2022

Bugündən etibarən Dubay vizasına müraciət edərkən otel bronu ...

Ətraflı
card image
AZAL aviaşirkəti bu şəhərə reyslər açır

03.05.2023

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın yeni ...

Ətraflı
card image
Azərbaycana daxil olarkən bu şəxslərin COVID-pasportuna ehtiyac yoxdur

14.04.2022

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2022-ci il tarixli q...

Ətraflı