Misirdə turistlər hansı hərəkətlərdən çəkinməlidirlər? - TOP-5


788      19.07.2023

card image

Misal üçün Tailandda kralın portretlərinə əl vurmaq və ya onları cırmaq qadağandır, Türkiyədə isə “OK” işarəsini göstərmək qanunla qadağan olunmasa da, sadəcə olaraq başqa ədəbsiz məna daşıyır. Bu kimi misallar olduqca çoxdur, biz onlar arasında Misirdə mövcud vəziyyətlə sizi tanış edəcəyik.

Ehramlar diyarında davranış və digər (qanunla müəyyən edilmiş) qadağalar var. Bu qaydaları pozan əcnəbilər bəzi halda sadəcə cərimələnərək sərbəst buraxılırlar, bəzən isə azadlıqdan məhrum olunma təhlükəsilə üz-üzə qala bilərlər.

Geyim qaydaları

Misirdə başlıca davranış qaydalarından biri geyimlə bağlıdır. Belə ki, turistlər kurort zonalarından kənarda örtülü geyimdə olmalıdırlar. Turistlər unutmamalıdırlar ki, Misir müsəlman ölkəsidir. Buna görə də məscidlər və bazarlara gedəndə, eyni zamanda Ramazan ayında Misirə səfər edəndə xüsusi diqqətli olmaq lazımdır. Misirdə qadın geyimləri ayaqları və çiyinləri örtməlidir. Kişilər isə qurşaqlarını örtməlidirlər.

Bundan əlavə Misirdə ictimai yerlərdə sevgi hisslərini bildirmək də arzuolun deyil. Buna görə də əcnəbilər münasibətlərini otel otağına qədər saxlamalıdırlar.

Bütün müsülman ölkələrində olduğu kimi, Misirdə də evə və məscidlərə ayaqqabı ilə girmək olmaz. Bu qaydaya ölkədəki kopt xristianlarının kilsələrində də riayyət olunmalıdır.

Sol əl qadağası

Bu qadağa misirlilərin həyat tərzinin bütün sahələrinə aiddir. Sol əl burada “natəmiz” sayılır. Sol əllə ayaqqabını soyunurlar. Gigiyenik təmizlik işləri də sol əllə aparılır. Bu səbəbdən yeməyi sağ əlnən tutmaq lazımdır, əşyaları sağ əllə öterçək lazımdır və əlbəttə ki, salam da sağ əlnən verilməlidir. Solaxaylar üçün bu bir qədər çətinlik yaradacaq, amma məsləhətdi sol əlinizi ümumiyyətlə belinizin arxasında saxlayasız.

Spirtli içkilər və psixotrop maddələr

Otel və restoran ərazilərindən kənarda spirtli içkilərin içilməsi də bu ölkədə qanunla qadağandır. Bu qayda pozulduğu təqdirdə turistlər həbs oluna bilərlər. Digər tərəfdən istənilən (hətta ən cuzi) miqdarda olan narkotik maddələrdən istifadəyə görə də azadlıqdan məhrum etmə və hətta ölüm cəzası nəzərdə tutulub.

“Siyasi səhvlər”

Qadağalar sırasında olan daha bir mövzu siyasətdir. Bura Misir, onun prezidenti və ya təhlükəsizlik qüvvələri haqqında olduqca neqativ fikirlərin səsləndirilməsi də daxildir. Bundan əlavə hərbiçilərin, hərbi və ya strateji əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin şəkillərinin çəkilməsi də qadağandır. Ölkə ərazisinə pilotsuz uçan aparatların və ya dronların idxalı da qadağandır. Bu qaydanın pozulmasına görə 7 illik həbs nəzərdə tutulub.

Qonaq gedərkən masada qarşı cinsin nümayəndələri ilə yanaşı əyləşməyin. Xanımlara çox baxmayın və nə badə kopliment edəsiniz. Kompliment ən yaxşı halda ev yeyəsinin qonaqpərvərliyi və evin rahatlığı barədə olsa məsləhətdir.

Antikvar suvenirlər

Misirdən qədim əşya və antikvariatı yalnız xüsusi icazə əsasında çıxarmaq olar, onu da adi turistə vermirlər. Buna görə də belə qiymətli əşyalar sizə ucuz başa gəlsə belə, onları ölkədən çıxarda biləcəyiniz barədə xəyal qurmayın. Cəzaların ağır olduğuna görə burada bəxşiş verməyə hazır olmağınız belə köməyinizə çatmayacaq. Ən yaxşı halda əşyanı əlinizdən alacaqlar, adi qaydada isə buna görə bir neçə min dollar cərimə ödəməli olacaqsınız. Cəriməni ödəməyincə sizi həbs edib ölkəni tərk etməyə imkan verməyəcəklər.

Oxşar məlumatlar
card image
Almaniya viza tələblərini sərtləşdirir

19.10.2022

Almaniyanın Visametric viza mərkəzi müraciət etmək ü&cced...

Ətraflı
card image
Türk Hava Yollarından Şarm əl-Şeyxə həftədə 20 reys

11.01.2023

Türk Hava Yolları Türkiyə vətəndaşlarına viza tətbiq etməy�...

Ətraflı
card image
Dünya əhalisinin 80%-inin 8 saatdan tez çatdığı hava limanı

30.11.2022

2023-cü ilin sonuna qədər Səudiyyə Ərəbistanı Qırmızı dəniz b...

Ətraflı