Avropada Advent həftəsi başladı


669      19.07.2023

card image

Avropanın milyonlarla sakini bu günü səbirsizliklə gözləyirdilər. Advent Milada hazırlıq dövrünə deyilir. Bu ərəfədə xristianlar ənənəyə görə mənəvi düşüncələrə və xeyriyyəçiliyə daha çox diqqət ayırırlar. Bundan başqa, bu həftələrdə bir çoxları qabaqcadan Milad hədiyyələri seçməyə, yarmarkalara getməyə, gələcək bayram masası üçün korlanmayan ərzaqlar almağa başlayırlar.

Bazar günü axşam avropalılar ənənəvi olaraq masalarını bəzədikləri Advent çələngi üzərindəki dörd şamdan birini yandırırlar. Birinci şam “Peyğəmbərlər şamı” adlandırılır. Bu, Xilaskarın doğulması möcüzəsinin gözlənilməsi mənasını verir və onun dünyaya gəlməsini qabaqcadan xəbər verən peyğəmbərlərə həsr olunur.

Qeyd edək ki, pandemiya dövründə Avropada virus təhlükəsizliyi baxımından Milad tədbirlərinin böyük hissəsi ləğv olunmuşdu.

Oxşar məlumatlar
card image
İlk üzən otel Dubayda olacaq

12.05.2022

Ən böyük beynəlxalq otel operatoru Accor dünyaca məşhur &l...

Ətraflı
card image
"Aeroflot" və "Rossia" baqaj sistemindən çıxarıldı

08.06.2022

SITA itirilmiş (gecikmiş) baqajı axtarmaq üçün nəzərdə...

Ətraflı
card image
Qapalı məkanlarda tibbi maskaların taxılmasını təkidlə tövsiyə edirik - BİRGƏ MƏLUMAT

18.07.2022

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta ü...

Ətraflı