656 11.01.2023
Türk Hava Yolları Türkiyə vətəndaşlarına viza tətbiq etməyən Misirin istirahət mərkəzi Şarm əl-Şeyxə uçuşların sayını artıracaq.
Aviaşirkət Misirdə Qahirə, Hurqada və İsgəndəriyyədən sonra dördüncü uçuş nöqtəsi olan Şarm əl-Şeyxə həftədə 10 uçuş həyata keçirir. Uçuşlar daha çox yeni nəsil və ekoloji cəhətdən təmiz A321 Neo, Boeing 737 MAX tipli təyyarələrlə həyata keçirilir.
Aviaşirkətin artıq 10 ildir ki, Şarm əl-Şeyxə uçduğunu qeyd edən THY-nin Marketinq və Satış üzrə baş direktor müavini Əhməd Olmış artan tələbata uyğunlaşmaq üçün gündəlik uçuşların sayının iki dəfə artırılacağını bildirib:
"Yer kürəsinin şimal yarımkürəsində qışda belə üzmək və günəş vannası qəbul etmək imkanı təqdim edən Şarm Əl-Şeyx şəhəri günü-gündən daha çox diqqət çəkir. Gündə 2 dəfə uçmaq üçün səylərimizi davam etdiririk".
04.10.2022
Antalyada havaların isti keçməsi ilə əlaqədar şəhər sakinləri...
11.01.2023
Türk Hava Yolları Türkiyə vətəndaşlarına viza tətbiq etməy�...
19.04.2022
Rusiya aviaşirkətləri Soçi ilə əlaqəli 246 yeni istiqamətə u&c...