Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3 dəfəyə yaxın artıb


583      18.01.2023

card image

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 1,296 milyard ABŞ dolları təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə idxalın dəyərinin (692 milyon dollar) ixracın dəyərini (604 milyon dollar) üstələməsi nəticəsində 88 milyon dollarlıq kəsir yaranıb. Baxmayaraq ki, son 1 ildə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 67% , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2,2 dəfə artıb.

Hesabat dövründə xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərdiyi xidmətlərin dəyərinin 82,9 %-i ölkə vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxalı üçün vəsaitlər istisna olmaqla).

Oxşar məlumatlar
card image
Azərbaycanda karantin rejimi nə vaxt ləğv olunacaq?

12.05.2022

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda xüsusi karantin rejim...

Ətraflı
card image
Çexiya və Slovakiya sərhədində yoxlamalar tətbiq oluna bilər

25.08.2022

Bu il Çexiyaya gələn qeyri-qanuni miqrantların sayı xeyli artıb: ...

Ətraflı
card image
Azərbaycana daxil olarkən bu şəxslərin COVID-pasportuna ehtiyac yoxdur

14.04.2022

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2022-ci il tarixli q...

Ətraflı