Azərbaycanın turizm imkanları Hindistanda təbliğ edilir


242      23.10.2023

card image

Azərbaycanın turizm destinasiyası olaraq təbliği məqsədilə Hindistanın Nyu-Delhi şəhərində seminar keçirilib.

Məlumata görə, 50-dək turizm agenti və turoperatorun iştirak etdiyi seminarın əsas məqsədi Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək və Hindistan turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını artırmaqdır.

Seminar çərçivəsində Azərbaycan turizminə həsr olunmuş ətraflı təqdimat və videoçarxlar nümayiş etdirilib, ölkəmizin istirahət turizmi və işgüzar tədbirlərin təşkili üzrə potensialı təqdim edilib. Seminarın sonunda interaktiv sual-cavab sessiyası təşkil olunub, iştirakçıların sualları cavablandırılıb.

Təbliğat tədbirləri bu gün Banqalor, oktyabrın 28-də Mumbay şəhərində davam etdiriləcək.

Bu ilin yanvar-sentyabr dövründə əsas hədəf turizm bazarlarından biri olan Hindistandan Azərbaycana səfər edənlərin sayı 77 379 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə çoxdur.

Oxşar məlumatlar
card image
"Wizz Air"dən AÇIQLAMA: Uçuşlar ləğv ediləcək

13.07.2022

Lufthansa", "EasyJet" və "British Airways" kimi y&u...

Ətraflı
card image
Hindistan iki ildən sonra müntəzəm beynəlxalq uçuşları bərpa edir.

11.05.2022

Hindistan təxminən iki ildən sonra beynəlxalq uçuş əməliyyatlar...

Ətraflı
card image
Azərbaycanda qapalı məkanlarda maska taxmaq tövsiyyə olundu

21.07.2022

"Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması...

Ətraflı